“Zirə” klubu yeni futbolçu ilə anlaşıb.
Publika.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Qartallar" Abdul Aziz Batibieni heyətinə qatıb. Komanda toqolu futbolçu ilə 4 illik müqavilə bağlayıb. Bu, 18 yaşlı vingerin karyerasında ilk peşəkar müqavilədir.
Qeyd edək ki, "Zirə" bunadək Brahim Konate ("Şamaxı"), Yeqor Boqomolski, İsmayıl İbrahimli və Rövlan Muradovu transfer edib.