AZ

Çin İranda yaşayan vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

BAKI, TurkicWorld

Çin vətəndaşlarına İrana səfər etməməklə bağlı xəbərdarlıq edib.

TurkicWorld xəbər verir ki, Çin hökuməti vətəndaşlarına İranın mövcud təhlükəsizlik durumu səbəbilə bu ölkəyə səfər etməməyi tövsiyə edib.

Bu barədə “Global Times” nəşri Çinin Tehrandakı səfirliyinin açıqlamasına istinadən məlumat yayıb.

Bəyanatda atəşkəs rejiminə baxmayaraq, İranda vəziyyətin hələ də “mürəkkəb” və qeyri-sabit olduğu bildirilib. Səfirlik, İranda yaşayan və ya müvəqqəti səfərdə olan Çin vətəndaşlarına təhlükəsizlik xəbərdarlıqlarına ciddi əməl etməyi, fövqəladə hallara hazır olmağı və həssas bölgələrdən uzaq durmağı tövsiyə edib.

Qeyd edək ki, iyunun 13-də İsrail İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərinə və yüksək hərbi rəhbərliyinə hücumlar həyata keçirmişdi. ABŞ da iyunun 22-də İranın Natanz, Fordo və İsfahandakı obyektlərini bombalayıb. Buna cavab olaraq İran Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd aviabazasını hədəfə alıb. Nəticədə bölgədə gərginlik artmış, lakin iyunun 24-də ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında atəşkəsin əldə olunduğunu elan etmişdi.

Seçilən
20
turkic.world

1Mənbələr