AZ

Suraxanıda Polis Günü qeyd olundu - Fotolar

Bu gün Suraxanı rayonunda Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli, Rayon Prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Rayon Məhkəməsinin sədri Rasim Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı Səbuhi Qarayev, RİHB-nin müavinləri və polis əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon Polis İdarəsinin rəisi Ş. Şəmşirli tədbir iştirakçılarını salamlayaraq şəxsi heyəti peşə bayramı günü münasibətilə təbrik edib. O, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq inkişaf etdiyini, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını bildirib. O, qeyd edib ki, bu gün də dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şərait yaradılıb.

Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun 2 iyul - Azərbaycan Polisi Günü münasibətilə daxili işlər orqanlarının şəxsi heyətinə və veteranlarına ünvanlanmış təbrik məktubu səsləndirilib.

RİH başçısı Adil Əliyev çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə doğma Vətənin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa şərəfli xidmətlərində onlara yeni-yeni uğurlar arzulayıb. RİH başçısı xalqımızın milli maraq və mənafelərinin, sabitliyin və əmin-amanlığın qorunmasında danılmaz rolu olan polis orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətlərindən danşıb, həmçinin vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə əminliyini bildirərək ölkəmizin davamlı və dayanıqlı inkişafından söz açıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov da çıxış edərək polis əməkdaşlarını peşə bayramı günü münasibətilə təbrik edib.

Sonra bir qrup polis əməkdaşı Suraxanı RİH başçısının Fəxri Fərmanı ilə təltif olunublar.



Seçilən
18
qafqazinfo.az

1Mənbələr