ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Sabirabad və Hacıqabulun bir sıra ərazilərində qaz təchizatında fasilələr yaranacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Qarasu Əhali" qaz ölçü qovşağından qidalanan diametri 315 mm-lik ortatəzyiqli "Qarasu-Abdulabad" yeraltı daşıyıcı qaz kəmərinin və üzərindən ayrılan qollarında kipliyin sınağı ilə əlaqədar 03.07.2025-ci il saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Sabirabad rayonunun 16 kəndində - Quruzma, Qaraqaşlı, Qəzli, Yenikənd, Kovlar, Axısxa, Surra, Qaralı, Balvar, Həsənli, Cavad, Türkədi, Əlicanlı, Yollçubəyli, Narlıq, Zəngənə kəndlərində (ümumi 7255 abonent), Hacıqabul rayonunun 9 kəndində - Abdulabad, Kolanı, Talış, I Meyniman, II Meyniman, Axtaçı-Şirvan, Ağacanlı, Ələtli, Bürvənd kəndlərində (ümumilikdə 2315 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.