AZ

Günah Ukraynadadır? “Bastrıkin və Kamran Əliyev problemin həllilə məşğuldur”

ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva Kiyevin Rusiya ilə Azərbaycan arasında münasibətləri pozmaq və gərginlik yaratmaq cəhdlərini görür. 

"AzPolitika" xəbər verir ki, bunu Vladimir Putinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

“Ukrayna Rusiya ilə Azərbaycan arasında yaranmış vəziyyətdə atəşin üstünə yağ tökəcək”, - o qeyd edib.

Peskov iddia edib ki, Moskva Bakını təhdid etmir: “Rusiya Azərbaycanı heç vaxt təhdid etməyib və təhdid etmir”.

Onun sözlərinə görə, hadisələrin kökündə guya “cinayətlərin, o cümlədən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin açılması istiqamətində görülən işlər” dayanır.

Peskov əlavə edib ki, Moskva və Bakı hazırda Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Azərbaycanın Baş prokuroru Kamran Əliyev səviyyəsində problemli məsələləri müzakirə edirlər: “Hazırda İstintaq Komitəsinin sədri Bastrıkin Azərbaycanın baş prokuroru ilə daimi əlaqədədir. Bu təmaslar zamanı onlar problemli görünən məsələləri həll edirlər”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
1
azpolitika.info

2Mənbələr