AZ

Ermənistan öz maraqlarının zərərinə Qərbə doğru irəliləyir - Rusiya XİN

“Ermənistan çox vaxt öz milli maraqlarının zərərinə, məsələn, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə əməkdaşlıqdan çıxmaqla Qərbə doğru gedir”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Dmitri Masyuk deyib.

"Biz Ermənistanda qərblilərin dağıdıcı təsirini hiss edirik. Çox təəssüf ki, Ermənistan bu dəyişikliklərə o qədər də müqavimət göstərmir və çox vaxt öz milli maraqlarına xələl gətirərək Qərbə yönəlməkdə davam edir. Konkret misal İrəvanın KTMT ilə əməkdaşlıqdan çıxmasıdır", - deyə siyasətçi vurğulayıb.

Masyuk qeyd edib ki, bu təşkilatın regionda sabitliyi təmin etmək potensialı böyükdür.

Daşqın HəsənovMissiya.Az

Seçilən
55
50
missiya.az

10Mənbələr