AZ

"Kəpəz"ə görə bu klubdan imtina etdi

"Kəpəz"in müqavilə müddətini artırdığı Mahamadu Ba yayda ölkəmizi tərk etməyə yaxın olub.

Sportal.az saytına verilən məlumata görə, malili yarımmüdafiəçiyə “Şerif”dən rəsmi təklif gəlib.

Moldova nəhəngi 25 yaşlı futbolçunun keçidini rəsmiləşdirmək istəyib. Lakin Ba sonda “Kəpəz”də qalmağam üstünlük verib.

Qeyd edək ki, ötən mövsümün əvvəlində Gəncə klubuna keçmiş malili 2027-ci il iyunun 30-na qədər hazırkı komandasına məxsus olacaq.

O, karyerası ərzində “Erzurumspor”, “Bandırmaspor”, “Menemenspor”, “İstanbulspor”, “Adana Demirspor”, “Tuzlaspor” klublarında çıxış edib.

saytlarin hazirlanmasi

Seçilən
20
1
sportal.az

2Mənbələr