Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, söhbət qeyri-qanuni miqrantlardan gedir:
“Onların sayının 400-500 min olduğu iddia edilir və Azərbaycana geri qaytarılması ilə bağlı problem yarana bilər. Mən bunu təhdid hesab etmirəm. Hətta, Azərbaycan üçün bunu fürsətə çevirmək mümkündür. Ordan gələn insanların bacarıqlarını nəzərə alsaq, kiçik və orta biznesin inkişafı üçün müəyyyən fürsətlər yaradıla bilər. Bir çoxlarının işğaldan azad olunan regionlardan olduğu bilinir. Onların Qarabağa köçürülməsinin layihəsi hazırlana bilər. Bunlardan qorxmaq yox, Azərbaycan üçün fürsətə çevirmək lazımdır".
Əfsanə Kamal
Demokrat.az