AZ

Bakı Ələt yolunda “TIR”la toqquşan “KamAZ” dərəyə aşdı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bakı-Ələt yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 2-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “TIR” markalı yük maşını, “KamAZ” markalı yük avtomobili ilə toqquşub. İddialara əsasən qəzaya səbəb “KamAZ” sürücüsünün idarəetməni itirməsi olub. Zərbənin təsirindən “KamAZ” dərəyə aşıb, sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, faktla bağlı araşdırma davam edir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
avtosfer.az

1Mənbələr