BAKI, 2 iyul. TELEQRAF
DOST Agentliyi və DOST mərkəzlərinin təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün 2,6 milyon manatlıq texnoloji və müxtəlif avadanlıqlar alınacaq.
Teleqraf xəbər verir ki, bu barədə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi açıq tender elan edib.
Tenderin ehtimal olunan qiyməti 2 milyon 638 min 180 manatdır.
Qeyd edək ki, təchizatçılar təkliflərini təqdim etmək üçün 1000 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyulun 31-nə təyin olunub.