AZ

Deputat: “Ordumuzun qüdrəti hər kəsə məlumdur, amma Rusiya və Azərbaycan arasında müharibənin olması mümkün deyil”

ain.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan və Rusiya arasında müharibənin olması mümkün deyil”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa söykənib və beynəlxalq hüquqa çox hörmətlə yanaşır və digər dövlətlərin də Azərbaycanla bu prinsiplə davranmasını tələb edir: “Azərbaycanın beynəlxalq aləmdə kifayət qədər böyük nüfuzu, bütün proseslərdə onunla qoşa dayanacaq tərəfdaşları, dostları var. Azərbaycan ordusunun rəşadəti, qüdrəti də hər kəsə məlumdur. Rusiya və digərləri Azərbaycanı 20-30 il əvvəlki Azərbaycan hesab etməməlidirlər. Bu illər ərzində Azərbaycan öz ordusunu daha möhkəmləndirib, hərbi gücünü artırıb və öz suveren ərazisini qorumağa qadirdir. Bu gün Azərbaycanın Rusiya ilə müharibə vəziyyətinə gətirəcək hər hansı davranışı olmayıb. Rusiyada hazırda imperialist düşüncədə, SSRİ-nin bərpası istəyində olanlar tamamilə yanılırlar. Bu gün dünya dəyişib. Rusiya belə davranışlarla əslində beynəlxalq aləmdə öz nüfuzunu itirir. Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə heç də ona nüfuz və ya uğur gətirməyib. Digər addımları atması Rusiyanı daha da nüfuzdan salacaq”.

Aytəkin Qardaşova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
50
pravda.az

10Mənbələr