AZ

KOBİA: ECO regionu böyük potensiala malikdir

Şuşa, 2 iyul, AZƏRTAC

ECO regionu böyük potensiala malikdir və bu potensialı reallaşdırmaq üçün ən əlverişli mövqedə məhz kiçik və orta sahibkarlıq subyektləri dayanır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Şuşada keçirilən 6-cı ECO biznes-forumunda çıxışı zamanı deyib.

“KOBİA olaraq biz innovasiyalara təkan verən, məşğulluq yaradan və regional ticarət əlaqələrini möhkəmləndirən bizneslərə dəstək göstərməyə fokuslanmışıq. Fəaliyyətimiz real ehtiyaclara və praktik dəstəyə əsaslanır. KOBİA ECO-ya üzv ölkələrinin ticarət-sənaye palataları və KOB inkişafı üzrə qurumları ilə sıx əməkdaşlıq münasibətləri saxlayır. Bu tərəfdaşlıqlar artıq uğurlu təcrübə mübadilələrinə, birgə təşəbbüslərə və ortaq layihələrə marağın artmasına səbəb olub”, - deyə Orxan Məmmədov vurğulayıb.

Seçilən
30
50
azertag.az

10Mənbələr