AZ

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

"Sabah"dan ayrılan yarımmüdafiəçi Namik Ələskərovla bir neçə klub yaxından maraqlanır.

Bu barədə Fanat.Az-a futbolçunun meneceri Vaqif Heydərli məlumat verib.

Azərbaycan millisinin üzvünü həm yerli klublar, həm də Türkiyə I Liqasının 2 təmsilçisi istəyir: "Hazırda həm Premyer Liqa, həm də Türkiyədə danışıq apardığımız klublar var. Danışıq getdiyi üçün ad açıqlamağım doğru olmaz. Təklifləri götür-qoy etdikdən sonra qərarımızı verəcəyik. Yəqin ki, yaxın günlərdə məsələyə nöqtə qoyulacaq".   

Qeyd edək ki, Namik 2022-ci ildə "Bursaspor"dan "Sabah"a keçmişdi. "Bayquşlar" yarımmüdafiəçinin müddəti başa çatan müqaviləsini yeniləməyib. O, Masazır təmsilçisinin heyətində 83 matça çıxaraq 7 qol vurub. 30 yaşlı oyunçu “Sabah”da Premyer Liqanın gümüş medallarını qazanıb, Azərbaycan Kubokunun qalibi olub.

Mirağa

Seçilən
33
25
fanat.az

10Mənbələr