Bakı. Trend:
“Paramount” şirkəti ABŞ prezident Donald Trampın "60 dəqiqə"verilişi ilə bağlı böhtan ittihamı ilə başlatdığı məhkəməmübahisəsini həll etmək üçün Ağ Ev rəhbərinə 16 milyon dollarödəməyə razılaşıb.
Trend bu barədəxarici KİV-lərə istinadən məlumat verir.
Trampın "CBS News"a qarşı ilkin iddiasına əsasən, 2023-cü ilinnoyabrında vitse-prezident Kamala Harris ilə müsahibə qəsdən təhrifedilərək montaj olunub və bu, seçkilərə təsir göstərmək məqsədidaşıyıb. Harrisin İsrail baş naziri Netanyahu ilə bağlı sualacavabı verilişin ön baxışında fərqli təqdim olunmuşdu. Trampınvəkilləri bu montajı "Amerika xalqını aldatmaq və çaşdırmaq cəhdi"adlandırıblar. Tramp iddiada təzminat olaraq 20 milyon dollarınödənilməsini tələb edirdi.
Bu qalmaqal “60 dəqiqə” proqramının baş prodüseri Bill Ovensinvə “CBS News” rəhbəri Uendi MakMahonun istefası ilənəticələndi.
Qeyd edək ki, CBS News telekanalı “Paramount” şirkətininmülkiyyəti hesab olunur.
Razılaşma “Paramount”un “Skydance Media” ilə mümkün birləşməsiərəfəsinə təsadüf edir.