AZ

"Zirə" afrikalı futbolçu ilə anlaşa bilməyib

"Zirə" klubu "Turan Tovuz"da çıxış edən Emmanuel Hakmanı transfer etmək istəyib.

İdman.biz xəbər verir ki, Sport24.az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisi 30 yaşlı müdafiəçini azad agent kimi heyətinə qatmağı düşünüb.

Hətta oyunçuya təklif də göndərilib. Lakin "Turan Tovuz" toqolu oyunçunu komandada saxlamağa razı salıb.

Qeyd edək ki, afrikalı oyunçu 2023-cü ildən "Turan Tovuz"da çıxış edir.

İdman.biz

Seçilən
15
1
idman.biz

2Mənbələr