BAKI, 2 iyul. TELEQRAF
“Qarabağ” təlim-məşq toplanışı üçün Avstriyaya yola düşüb.
Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi iki həftə davam edəcək hazırlıq prosesinin ikinci mərhələsi üçün gəncləri də əsas komanda ilə toplanışa aparıb.
“Qarabağ” Zell-Am-Seenin Kaprun bölgəsində hazırlıq keçəcək. Bu müddətdə 4 sınaq matçı nəzərdə tutulub. İyulun 7-də keçiriləcək ilk görüşdə rəqib Ukrayna “Metallist”i olacaq.
İyulun 11-də “Qarabağ” Niderland “Tvente”si ilə iki görüşə çıxacaq.
İyulun 15-də toplanışın son matçında rəqib Avstriya “Zaltsburq”u olacaq.
Qarşılaşmaların dördü də Kaprun stadionunda keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” hazırlığa iyunun 18-dən start verib.