AZ

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazası yaradılacaq

Bakı. Trend:

Akademik və elmi məlumatların toplanacağı mərkəzi məlumat bazasıyaradılacaq.

Trendxəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyiməlumat yayıb.

Bildirilib ki, 01 iyul 2025-ci il tarixində Elm və Ali Təhsilüzrə Dövlət Agentliyində Elm və Təhsil Nazirliyinin təşəbbüsü iləhəyata keçirilən "Mərkəzi Rəqəmsal Repozitoriya" layihəsinin ilkingörüşü keçirilib.

Qeyd edək ki, layihə çərçivəsində pilot olaraq seçilmiş 11iştirakçı müəssisədə elmi və akademik məlumatların toplanacağı,qorunacağı və açıq şəkildə istifadəsinin təmin olunacağı müasirrəqəmsal məlumat bazaları yaradılacaq və inkişafetdiriləcəkdir.

Yaradılacaq repozitoriyalarda nəşr olunan elmi jurnallar, dərcolunan elmi işlər, konfrans materialları, kitablar, müxtəliflayihələr haqqında məlumatlar, eləcə də müəlliflərə dair məlumatlartoplanacaq.
Sözügedən resurslar məzmun təkrarçılığının və intellektualhüquqların pozulmasının qarşısını almağa, gənc tədqiqatçılar üçünilk platforma rolunu oynamağa və yerli müəlliflərin elminəticələrinin görünürlüyünü artırmağa xidmət edəcək.

Layihənin sonunda bu məlumat bazaları Elm və Təhsil Nazirliyininnəzdində qurulacaq mərkəzi platformaya inteqrasiya ediləcək vəqlobal axtarış sistemlərində əlçatan olacaqdır.

Seçilən
18
9
az.trend.az

3Mənbələr