AZ

İran müharibənin ən qızğın vaxtında Hörmüzü minalamağa hazırlaşıb

İran İsraillə müharibənin ən gərgin günlərində Hörmüz boğazını minalamağa hazırlaşıb...

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ rəsmilərinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Mənbə iddia edib ki, İran hərbçiləri iyun ayında Fars körfəzində gəmilərə mina yükləyib, lakin onları təyinatı üzrə istifadə etməyib.

Minaların sonradan zərərsizləşdirilməsi də məlum deyil. Vaşinqton istisna etmir ki, İranın məqsədi ABŞ-ni Hörmüz boğazını bağlamaq niyyətində ciddiliyinə inandırmaq olub.

ABŞ Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etməyib.

Poliqon.info

Seçilən
20
1
poliqon.info

2Mənbələr