Bakı. Trend:
Cari ilin may ayının sonuna olan məlumata görə, AvropaYenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı layihəportfeli 991 milyon avro olub.
Trend bubarədə AYİB-ə istinadən xəbər verir.
Məlumata görə, portfelin 89%-ni dayanıqlı infrastruktura (886milyon avro), 5%-ni korperativ sektora (50 milyon avro), 6%-ni isəmaliyyə institutlarına inestisiyalar (56 milyon avro) təşkiledib.
AYİB-in bu layihələrdə iştirak payı 1% təşkil edir, əməliyyataktivləri isə 717 milyon avro dəyərində qiymətləndirilir. Portfelinümumi həcmində özəl sektorun payı 38%-dir.
Qeyd edk ki, AYİB Azərbaycanda fəaliyyətə başladığı vaxtdan bəriölkədə 198 layihəyə 3,783 milyhard avro investisiya qoyub.