AZ

Paşinyan: Dövlət işçilərini mitinqlərə məcbur edənlər mühakimə olunacaq

BAKI, 2 iyul. TELEQRAF

“İşini qoyub siyasi intriqalarla məşğul olan Ermənistan Elektrik Şəbəkələri Dövlət Şirkətinin əməkdaşları iyulda işdən çıxarılacaq”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“İşini qoyub siyasi intriqalarla məşğul olan Ermənistan Elektrik Şəbəkələri Dövlət Şirkətinin əməkdaşları iyulda işdən çıxarılacaq. Qurumun əməkdaşlarını mitinqlərə məcbur edənlər də mühakimə olunacaqlar. Bu qruplara müqavimət göstərən və vəzifələrinə sadiq qalan əməkdaşların heç bir problemi olmayacaq. Həmin qruplara tabe olmadıqları üçün işdən çıxarılan şəxslər tezliklə işə bərpa olunacaq və buraxılmış maaşları ödəniləcək”, - baş nazir qeyd edib.

Seçilən
38
2
teleqraf.com

2Mənbələr