AZ

Gi və No Gi versilayaları üzrə müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə yarışlar keçirilmişdir » AzadMedia.az


Bugün Azərbaycan Braziliya Ciu citsu İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş turnir keçirilmişdir.

Turnirdə Braziliya ciu citsu döyüş sənətinin Gi və No Gi versilayaları üzrə müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə yarışlar keçirilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin yad edilməsinin ardınca turnirə start verilmişdir.

Açılış sözü ilə çıxış edən İctimai Birliyin prezidenti Aqil Acalov qonaqları və idmançıları salamlamış, Zəfər tariximizin daim yeni uğurlara ilhamlandırdığını bildirmişdir. O, hər bir Azərbaycan gəncinə fəaliyyət göstərdiyi sahələrdə uğurlar arzulamışdır.

İctimai Birliyin təsisçisi ustad Taleh Həsənov da idmançıların hər birinin fərd olaraq Azərbaycanın idman sahəsindəki rolunun vacibliyini, onların sağlam bədəndə, sağlam ruhda yetişmələri üçün fəaliyyətin müstəsna əhəmiyyətini vurğulamışdır.

Daha sonra çıxışında İctimai Birliyin sədr müavini Anar Səfərov keçiriləm silsilə tədbirlərin məqsədindən söz açmış, iştirakçılara uğurlar arzu etmişdir.

Turnirin sonunda idmançılar uyğun diplom və medallarla təltif olunmuşdur.
Seçilən
7
1
azadmedia.az

2Mənbələr