Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova yenə danışıb. "Sputnik" radiosunun efirində qonaq olan M.Zaxarova çox müəmmalı fikirlər səsləndirib. Həm də məntiqsiz! Bu xanım deyir ki, "Rusiya və Azərbaycan arasında dostluq münasibətləri son dərəcə əhəmiyyətlidir, onları pozmaq istəyənlər nə etdikləri barədə yaxşı düşünməlidirlər."
Olduqca gülməli "arqumentdir": Kimdir Rusiyada azərbaycanlılara qarşı vəhşilik və qətliam törədənlər? Bəlkə Rusiyanın düşmənləridir OMON formasında bu vəhşilikləri törədənlər? Bu, savadsızlıqdan və gülünclükdən başqa bir şey deyil...
Mətləb Salahov