Qazaxıstanın paytaxtı Astanada boks üzrə Dünya Kuboku start götürüb.
Sportal.az xəbər verir ki, rinqə çıxan Azərbaycanın hər iki təmsilçisi 1/4 finala yüksəlib.
50 kq çəki dərəcəsində yarışan Məhəmmədəli Qasımzadə 1/8 finalda Cənubi koreyalı Donqvan Yanqa, komandamızın lideri, 90 kq çəkidə mübarizə aparan Məhəmməd Abdullayev isə Monqolustan təmsilçisi Byeknur Xalinə 5:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, millimiz səfərə 8 kişi və 3 qadın boksçu ilə qatılıb. Reytinq xarakterli turnirdə hər çəki dərəcəsində qalibə 300, gümüş medalçıya 200, bürünc mükafatçıya 150 xal veriləcək.
Yarışda 30 ölkədən 300-ə yaxın boksçu mübariz aparır. Dünya Kuboku iyulun 6-da yekunlaşacaq.
saytlarin hazirlanmasi