Şəmkir Olimpiya İdman Kompleksində U15 Avropa çempionatının gümüş medalçısı Simurə Abdullayevanın qarşılanma mərasimi keçirilib. 

Rekord.az xəbər verir ki, tədbirdə idmançının ailə üzvləri, rayonun idman ictimaiyyəti və sakinləri iştirak edib.     

Qeyd edək ki, 25-28 iyun 2025-ci il tarixlərdə İtaliyanın Kaorle şəhərində keçirilən U15 Avropa çempionatında Azərbaycanın qadın güləşçilərindən Şəmkir rayon Uşaq Gənclər İdman Məktəbinin yetirməsi Simurə Abdullayeva (66 kq) gümüş medal qazanıb.