AZ

Bəylər Eyyubovun vəzifədən getməsi… – Sabiq nazir hər şeyi açdı 

  Son günlərdə ölkə gündəmində önəmli kadr dəyişiklikləri baş verib. İyunun 30-da Prezidentin Təhlükəsizlik Xidmətinin (PTX) rəisi general–polkovnik Bəylər Eyyubovun vəzifəsindən azad edilərək, Prezident Katibliyinin rəisi təyin olunması geniş rezonans doğurub.

Bu dəyişiklik müxtəlif müzakirələrə səbəb olub və ölkə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Globalinfo.az məsələ ilə bağlı B.Eyyubova yaxın olan sabiq təhsil naziri Misir Mərdanovla əlaqə saxlayıb.

O, Bəylər Eyyubovun yeni vəzifəsinin öhdəsindən gələcəyinə şübhə etmədiyini qeyd edib.

Sabiq nazir Bəylər Eyyubovla yaxın olduğunu bildirib:

“Bəylər Eyyubovu çoxdan tanıyıram. Etiraf edim ki, tək özünü yox, qohumlarını, qardaşlarını, övladlarını da yaxından tanıyıram. Uzun illər Ulu öndər Heydər Əliyevə xidmət etmiş, ona və ailəsinə sadiq bir adamdır. Bəylər Eyyubov evini, ailəsini, hər kəsi bir yana qoyub, Ulu öndəri bir yana. Daima onu qoruyub, onu qoruyanlara rəhbərlik edib. Ölkə başçımız bütün bunları bilir. Qeyd edim ki, bu ailə – Heydər Əliyevin ailəsi çox qədirbilən ailədir. Kimsə bu ailə üçün hər hansı bir addım atıbsa, onun qədri həmişə bilinib və dəyərləndirilib”.

Misir Mərdanov Bəylər Eyyubova Prezident tərəfindən dəyər verildiyi üçün bu vəzifəyə təyin olunduğunu deyib:

“Heydər Əliyevdən sonra İlham Əliyev özü də 20 ildən çoxdur ki, Bəylər Eyyubovla bir yerdə işləyir. Hamı bilir ki, Prezidentin mühafizəsinin keşiyində duran şəxs Bəylər Eyyubov olub. Zamanı yetişəndə hamı gördü və bildi ki, onu növbəti dəfə də layiqli vəzifəyə təyin etdi”.

Sabiq nazirin sözlərinə görə, bundan sonra da Bəylər Eyyubov ölkə başçısının yanında olacaq:

“O yenə də İlham Əliyevin ətrafında öz işini davam etdirəcək. Allaha Bəylər Eyyubova uzun ömür versin. Onu təbrik edirəm, yeni işində uğurlar diləyirəm”.

Seçilən
8
13
referans.az

10Mənbələr