Qeyd olunur ki, insident qurğu üç gəmi tərəfindən yedəyə alınarkən baş verib.
Ajans.az xəbər verir ki, bu barədə “Al Masry Al Youm” nəşri yazıb. Hadisə Qebel əz-Zeyt bölgəsində qeydə alınıb. Nəşr bildirir ki, qazma qurğusunda 31 nəfər olub, indiyədək 21 nəfər xilas edilib. İtkin düşənlərin axtarışı üçün iki təyyarə göndərilib.