Azərbaycan Respublikası iyulun 3 və 4-də 17-ci İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə Toplantısına ev sahibliyi edəcək. Xankəndidə keçiriləcək bu tədbir ölkənin regional əməkdaşlığın və dayanıqlı inkişafın təşviqindəki liderliyini bir daha təsdiqləyəcək. Zirvə görüşündə İƏT-ə üzv dövlətlərin prezident və baş nazirləri, nazirlər, müşahidəçi ölkələrin təmsilçiləri, İƏT-ə üzv olmayan ölkələrdən xüsusi qonaqlar və beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəklər. Toplantının əsas məqsədi kövrək iqtisadi inteqrasiya vasitəsilə inkişaf və rifaha nail olmaqdır.
Zirvə görüşü çərçivəsində iyulun 1-dən 4-dək Azərbaycanın bir neçə şəhərində dinamik və inklüziv xarakter daşıyan İƏT Həftəsi keçiriləcək.
İƏT Həftəsi çərçivəsində regionda gənclərin iştirakı, gender bərabərliyi və iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş bir sıra tematik forumlar baş tutacaq.
İyulun 1-də Ağdam şəhərində “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun artırılması” mövzusuna həsr olunmuş İƏT Gənclər Forumu keçirilib. İyulun 2-də Laçın şəhərində “Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında qadınların rolunun artırılması” mövzusunda İƏT Qadınlar Forumu təşkil olunacaq. Həmin gün – iyulun 2-də Füzuli şəhərində “İƏT regionunda dayanıqlı inkişafa təkan verən amil kimi investisiya və ticarətin təşviqi” mövzusunda 6-cı Biznes Forumu da öz işinə başlayacaq. Bu forumda biznes liderləri və investorlar bir araya gələcəklər.
Qeyd edək ki, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə 2-4 iyul tarixlərində ölkəmizə dövlət səfəri edəcək, həmçinin İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək.
Səfər proqramına uyğun olaraq, iyulun 2-3-də Bakıda Ali Dövlətlərarası Şuranın ikinci iclası və digər yüksək səviyyəli tədbirlər keçiriləcək.
Özbəkistan-Azərbaycan dostluq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da möhkəmləndirilməsi, həmçinin əməkdaşlığın prioritet istiqamətlərində mübadilələrin genişləndirilməsi məsələləri müzakirə olunacaq.
Xankəndidə iyulun 4-də Özbəkistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə iştirak edəcək və bir sıra ikitərəfli görüşlər keçirəcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta