AZ

SOCAR İsrailin “Tamar” qaz layihəsində 10%-lik paya sahib oldu

Finss.az - Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsrailin Aralıq dənizi hövzəsində yerləşən və ölkənin ən iri qaz yataqlarından biri olan “Tamar” layihəsində 10 faiz paya sahib olub.

İsrailin Neft Şurası və Antiinhisar İdarəsinin qərarı ilə bu pay bölgüsü rəsmiləşdirilib. Bu addımla SOCAR ilk dəfə olaraq İsrailin təbii qaz bazarına çıxış əldə edib.

Qeyd edək ki, bu payın əldə olunması ilə bağlı ilkin müqavilə 31 yanvar 2025-ci il tarixində SOCAR ilə “Union Energy” şirkəti arasında imzalanmışdı. Müqavilənin qüvvəyə minməsi üçün tənzimləyici və digər zəruri təsdiqlər tələb olunurdu ki, artıq həmin proseslər tamamlanıb.

“Tamar” layihəsi İsrailin enerji təhlükəsizliyində və regional qaz ixracında strateji əhəmiyyətə malikdir. SOCAR-ın bu layihədə iştirakı şirkətin beynəlxalq qaz layihələrində iştirak imkanlarını genişləndirir.

Seçilən
68
15
fins.az

10Mənbələr