AZ

Məhkəmə sədr müavinini qətlə yetirən şəxslə bağlı qərarı açıqladı

Ali Məhkəmədə qətl törətməkdə təqsirləndirilən Murad Kazımovun Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Kazımov 16 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

 

Qeyd: Hadisə 2022-ci ilin dekabrında Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində baş verib. 2003-cü il təvəllüdlü Murad Kazımov 1975-ci il təvəllüdlü Mahir Allahverdiyevi qətlə yetirməkdə əsaslı şübhələr müəyyən edilib. Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

 

Xatırlatma: Qətlə yetirilən Mahir Allahverdiyev Qubadlı rayonu, Xocamusaqlı kənd inzibati nümayəndəliyinin sədrinin müavini vəzifəsində çalışırmış. Eyni zamanda, o, şəhid Vüsal Allahverdiyevin əmisidir.

 

Kamal Məmmədov

Tarix: 2 İyul 2025, 08:05   
Seçilən
19
pravda.az

1Mənbələr