“Real” “Komo” klubunun hücumameyilli yarımmüdafiəçisi Niko Pası transfer etməmək qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Xəbərə görə, Madrid klubu artıq argentinalı Fransko Mastantuononu transfer etdiyindən, daha bir argentinalı futbolçunu almaqdan imtina edib. Nəticədə, Niko Pas “Komo”da, baş məşqçi Sesk Fabreqasın rəhbərliyi altında çıxış etməyə davam edəcək.
Qeyd edək ki, ötən yay “Real” Pasın transferindən 6 milyon avro və gələcək satışından 50 faiz pay əldə etmişdi. İspaniya nəhəngi eyni zamanda futbolçunu 2025-ci ilin yayında 8 milyon avroya və ya 2026-cı ildə 9 milyon avroya geri alma hüququnu da özündə saxlayıb.