AZ

Niderland taxt-tacının varisi orduya gedir

Niderlandın vəliəhd şahzadəsi Amaliya ehtiyatda olan hərbçi kimi təlim keçəcək.

Oxu.Az xəbər verir ki, bu barədə "NL Times" nəşri məlumat yayıb.

Bildirilir ki, şahzadə Amaliya Amsterdam Universitetində siyasət, psixologiya, hüquq və iqtisadiyyat üzrə bakalavr dərəcəsi alıb. Hazırda o, Amsterdamdakı "Defensity College" hərbi kollecində təlim keçəcək.

"O, müraciət edib və qəbul olunub", - deyə nəşrin paylaşımında əlavə edilib.

Bununla belə, o, yaxın zamanda bütün fiziki təlimlərdə iştirak edə bilməyəcək. Səbəb isə iyun ayının əvvəlində atdan yıxılaraq qolunu sındırmasıdır.

Seçilən
47
2
musavat.com

3Mənbələr