AZ

İstifadəçi məlumatlarını qanunsuz toplayan "Google" 314 milyon dollar ödəyəcək

Kaliforniya məhkəməsi "Google" korporasiyasına android tipli mobil cihazların məlumatlarını istifadəçilərin xəbəri olmadan istifadə etdiyi üçün kollektiv iddia üzrə 314 milyon dollar ödəməyi məcbur edib.

"Report"un məlumatına görə, bu barədə "Bloomberg" agentliyi xəbər verib.

Bildirilir ki, iddia 2019-cu ildə qaldırılıb. İddiada qeyd olunub ki, "Google" android tipli cihazların sahiblərinin mobil internet trafikindən qanunsuz olaraq məlumat toplamaq üçün istifadə edib. Bu məlumatlar daha sonra "korporativ maraqlarda", o cümlədən hədəflənmiş reklamların yerləşdirilməsində istifadə olunub.

"Google" israr edir ki, məlumatların toplanması istifadəçi razılaşmasına uyğun olaraq həyata keçirilib.

Korporasiya məhkəmə qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. "Bu qərar istifadəçilər üçün problemlərə səbəb olacaq. Çünki qərar qəbul edilərkən android tipli cihazların təhlükəsizliyi, məhsuldarlığı və etibarlılığı üçün zəruri olan xidmətlər səhv qiymətləndirilib", - "Google" nümayəndəsi Xose Kastaneda bildirib.

Seçilən
29
1
report.az

2Mənbələr