AZ

İngiltərə klubunda 5 itki

“Aston Villa”nı beş futbolçu tərk edib.

İngiltərə klubunun rəsmi saytının xəbərinə görə, qapıçı Robin Olsen və müdafiəçi Kortni Hausun müqavilələrinin müddəti başa çatıb.

Daha üç futbolçu - Markus Reşford, Marko Asensio və Aksel Disasi icarə müddətinin başa çatması səbəbindən klublarına qayıdacaq. Hər üç oyunçu bu ilin fevralından komandada icarə əsasında çıxış edirdi.

PSJ-yə məxsus olan Asensio “Aston Villa”da 21 oyun keçirib, 8 qol vurub. “Mançester Yunayted”ə məxsus olan Reşford 17 oyuna 9 qol vurub. Disasi isə “Çelsi”dən “Aston Villa”ya keçmişdi. O, bu komandada 10 oyuna çıxıb.

Seçilən
38
1
football-plus.az

2Mənbələr