AZ

Tehranda ilanın başını vurandan sonra... - Katz

İsrail Yəmənə yeni zərbələr endirmək niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz husi üsyançılarının növbəti raket hücumundan sonra X səhifəsində yazıb.

"Tehranda ilanın başını vurandan sonra Yəməndə də ilanın quyruğunu vuracağıq. İsrailə əl qaldıran hər kəsin əli kəsiləcək", - deyə o bildirib.

Katz vurğulayıb ki, İsrail İranla necə davranırsa, Yəmənlə də eyni şəkildə davranmaq niyyətindədir.

Seçilən
47
1
axar.az

2Mənbələr