Bakı. Trend:
Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıqfaktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciətedəcək.
Trend xəbər verirki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırovsosial şəbəkə hesabında yazıb.
A.Bağırov qeyd edib ki, Rusiyada həbs olunan diaspor lideriŞahin Şixlinskini uzun illərdir şəxsən tanıyır, özü və oğluRusiyada təcrübəli vəkillərdir:
“Onların bir tək “günahı” son günlər qanunsuz həbs olunmuşdiaspor üzvlərinin hüquqlarını müdafiə etmələridir. Dünənvəhşicəsinə döyülmüş soydaşlarımızın məhkəmə prosesindəŞıxlinskilər müdafiəçi qismində iştirak ediblər və məhz buna görəbu gün onlara qarşı zorakılıq tətbiq edilir, vəkil olan ata və oğulqatı cinayətkarlar kimi hər kəsin gözü qarşısında təhqir olunur,döyülürlər. Şahin müəllim həmçinin tanınmış iş adamı, həm dədiaspor rəhbəridir. Artıq vəkillər, hüquqşünaslar peşəfəaliyyətlərinə görə qanunsuz həbs olunurlar, onlara qarşıalçaldıcı şəkildə qeyri-adekvat güc tətbiq olunur”.