AZ

BMT: Rusiya və Azərbaycan arasında dialoq vacibdir

Birləşmiş Millətlər Təşkilatı Rusiya və Azərbaycan arasında münasibətlərin gərginləşdiyini bilir və bu problemin diplomatik yollarla həllini dəstəkləyir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinq zamanı məlumat verib. 

“Biz Rusiya və Azərbaycan arasında artan gərginlikdən xəbərdarıq, bu gərginlik hər iki ölkədə baş verən hadisələrlə müşayiət olunur. Ümid edirik ki, məsələlər diplomatik kanallar vasitəsilə həll olunacaq və jurnalistlərin fəaliyyət azadlığı təmin ediləcək”, — deyə o, “Sputnik Azərbaycan” informasiya agentliyinin əməkdaşları ilə bağlı vəziyyəti şərh edərkən bildirib.

Seçilən
40
14
nocomment.az

10Mənbələr