Azərbaycanın 3 yunan-Roma güləşçisi İtaliyanın Kaorle şəhərində təşkil olunan 20 yaşlılar arasında Avropa çempionatında gümüş medal qazanıb.

Offsideplus.az xəbər verir ki, hər 3 təmsilçimiz finalda uduzub.

Belə ki, Turan Daşdəmirov rusiyalı İvan Solominə ilk xal prinsipinə əsasən (1:1), Tural Əhmədov (63 kq) digər rusiyalı İqor Punçenkoya 1:9, Davud Məmmədov (77 kq) isə gürcüstanlı Anri Putkaradzeyə 1:3 hesabı ilə məğlub olub.

Bu gün həmçinin, yunan-Roma güləşi üzrə 60, 67, 72, 82 və 97 kq-da mübarizəyə start verilib.

İdmançılarımızdan Ayxan Cavadov (60 kq) finala yüksəlib.

Fəraim Mustafayev (60 kq), Seymur Qasımov (72 kq) və Elmin Əliyev (82 kq) bürünc medal qazanmaq şansına malikdirlər. 

97 kq çəki dərəcəsində yarışan İsmayıl Rzayev isə təsnifat mərhələsini adlaya bilməyib.

Final və 3-cü yer uğrunda görüşlər sabah keçiriləcək.