Masallı rayonunda şəhid ailələrinə yüksək diqqət və qayğı göstərilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir və hər zaman rayon İcra Hakimiyyəti başçısı tərəfindən diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı işlər aparılır. Rayonun bütün ərazilərində şəhid adına olan küçələr və şəhid ailələrinin yaşadığı evlərin həyəti Masallı rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə növbəli şəkildə asfaltlanır.
Belə ki, rayonun Mahmudavar kəndində xeyriyyəçilərin maddi dəstəyi ilə şəhid Ehtiram Abbasov adına olan küçəyə asfalt örtüyü döşənmişdir. 01 iyul 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov və aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qəşəm Hadiyev asfaltlanma işləri aparılan küçəyə baxış keçirmişlər.
Göstərilən diqqət və qayğıya, həmçinin küçələrinə asfalt örtüyünün döşənməsinə görə şəhid ailələri və kənd sakinləri Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinici Vitse-prezident Mehriban xanım Əliyevaya, rayon İcra Hakimiyyətinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və zəhməti olan hər kəsə minnətdarlıqlarını ifadə ediblər.