AZ

Bakıda saxlanılan iki cinayətkar dəstənin məhkəməsi başlayıb – Yenilənib + Video


Daxili İşlər Nazirliyinin İrandan narkotik vasitələrin tranzitində, dövriyyəsində və kiberdələduzluqda bağlı keçirdiyi əməliyyat nəticəsində saxlanılan Rusiya vətəndaşlarının məhkəməsi başlayıb.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində onların təqdimatına baxılır.

***16:12
Daxili İşlər Nazirliyi (DİN) Bakıda İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən iki mütəşəkkil cinayətkar dəstəni saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli KİV-də məlumat və görüntülər dərc olunub.
Sözügedən dəstələrin üzvlərinin Rusiya vətəndaşları olduğu bildirilir.
Qeyd olunub ki, həmin şəxslərin qanunsuz əməlləri ilə bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Seçilən
5
3
yeniavaz.com

3Mənbələr