
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb.
Moskva İran və İsrail arasındakı münaqişənin, eləcə də Rusiya-Ukrayna müharibəsinin müzakirə edildiyi söhbətin substantiv xarakterini qeyd edib.
“Ukrayna ətrafındakı vəziyyəti nəzərdən keçirən Vladimir Putin xatırladıb ki, Ukrayna münaqişəsi uzun illər Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoymayan, Ukraynada anti-Rusiya dayaqları yaradan, rusdilli sakinlərin hüquqlarının pozulmasına göz yuman və hazırda müxtəlif hərbi silahlarla qızışdırma siyasətini davam etdirən Qərb dövlətlərinin siyasətinin birbaşa nəticəsidir”, - məlumatda deyilib.
Fransa prezidentinin mətbuat xidməti söhbəti rəsmi şəkildə şərh etməyib.
Xatırladaq ki, Putin və Makron 2022-ci ilin sentyabrından telefonla danışmırlar. Onların birbaşa təmasları genişmiqyaslı Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ilk bir neçə ay ərzində davam edib.