AZ

​“Fənərbaxça” ulduz futbolçunu alır

“Fənərbaxça” PSJ-nin futbolçusu Marko Asensionu transfer etmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, klublar arasında təmaslar həyata keçirilib. Bildirilir ki, PSJ ötən mövsümün ikinci yarısında "Aston Villa"ya icarəyə verdiyi futbolçunu satmaq istəyir. “Fənərbaxça” isə futbolçunu alış şərti ilə icarəyə götürmək istəyir. Məlumata görə, Mourinyo cinahda intensiv oyunçu istəyir və bu mövqeni Asensio kimi mövqelər yaratmaq və oyun qurmaq bacarığı yüksək olan birinə həvalə etməyi planlaşdırır.

Qeyd edək ki, bundan əvvəl “Fənərbaxça”nın Con Duranın icarəyə götürülməsi üçün “Əl-Nəssr”lə və futbolçu ilə razılıq əldə etdiyi irəli sürülüb.

Seçilən
13
11
metbuat.az

10Mənbələr