AZ

Masazırda bu küçə bərbad vəziyyətdədir VİDEO

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Masazır qəsəbəsində yerləşən Qasım bəy Zakir küçəsində kanalizasiya sistemi partlayıb, yol bərbad vəziyyətə düşüb, çöküntülər əmələ gəlib.

Bu barədə Metbuat.az-ın qaynar xəttinə şikayət daxil olub. Görüntülərdən aydın olur ki, görkəmli şairin adına yaraşmayan küçənin hər iki tərəfinə nəzarətsiz tullantılar da atılıb.

Sakinin sözlərinə görə, vəziyyətə baxan yoxdur və heç bir rəsmi qurum müdaxilə etmir:

“Küçə artıq tamamilə çökmüş vəziyyətdədir. Bir vaxtlar bələdiyyə işçiləri gəlib dedilər ki, asfalt tökəcəyik. Amma yolu sadəcə doldurub getdilər. Hətta qonşulardan pul da yığdılar, həmin pulu da götürüb başqa məhləyə asfalt tökdülər. Küçəmizə heç kim baxmır, nə gələn var, nə maraqlanan. Bu yol bir gün tam çökəcək, hamımız aşağı düşəcəyik”.

Məsələ ilə bağlı Metbuat.az Masazır Bələdiyyəsinə sorğu ünvanlayıb. Bələdiyyənin nümayəndəsi Azər Osmanov bildirib ki, Qasım bəy Zakir küçəsindəki vəziyyətlə əlaqədar ərazidə baxış keçirilib.

“Vətəndaşlarla görüşümüz olub, məsələ tədbirlər planına da daxil edilib. Tezliklə həmin ərazidə təmir işlərinə start veriləcək. Təmirlə bağlı işlər mərhələli şəkildə həyata keçirildiyindən, bu ünvan da bizim nəzarətimizdədir və yaxın zamanda təmirə başlanacaq,” – deyə Masazır Bələdiyyəsinin nümayəndəsi qeyd edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
1
metbuat.az

2Mənbələr