Misli Premyer Liqasında iştirak edən "Şamaxı" rəhbərliyi daha bir futbolçu yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı müdafiəçi Vüsal Məsimov komandanı tərk edib.
Oyunçu ilə klub arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, "Şamaxı"dan bundan öncə Murad Vəliyev, Maykl Tuik, Vasiliye Radenoviç, Vasiliye Bakiç, Leroy Mikels və Brahim Konate gedib.
İcarə müqaviləsi müddəti başa çatan Fəxri Məmmədli və Rauf Rüstəmli "Sabah"a, Cəlal Hüseynov isə Bolqarıstanın "Arda" klubuna qayıdıb.