AZ

Asif Məmmədov həm oynayacaq, həm də Sxadadzeyə kömək edəcək

Dünən “Qəbələ”nin futbolçusu Asif Məmmədovun karyerasını bitirmək niyyətində olduğunu, lakin bu barədə dəqiq qərar vermədiyini yazmışdıq. Nəhayət, bu gün məsələyə aydınlıq gəlib.

“Football-plus.az”ın məlumatına görə, “qırmızı-qaralar”ın təcrübəli siması oynayan məşqçi olacaq. Bunu saytımıza Asif Məmmədovun özü deyib. Yəni, o, həm meydanda top qovacaq, həm də baş məşqçi Kaxaber Sxadadzenin köməkçisi olacaq.

Xatırladaq ki, 38 yaşlı yarımmüdafiəçi 2016-cı ildən “Qəbələ”nin şərəfini qoruyur.

KƏNAN BAHADIR

Seçilən
44
1
football-plus.az

1Mənbələr