AZ

QHT "Bakıxanov qəsəbəsində həssas qrupların hüquqi, tibbi və sosial problemlərinin həlli təşəbbüsləri" layihəsini həyata keçirir » AzadMedia.az


Azərbaycan Maarifçi Xeyrxah Xanımlar İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Bakıxanov qəsəbəsində həssas qrupların hüquqi, tibbi və sosial problemlərinin həlli təşəbbüsləri" adlı yeni layihəyə başlayıb.

Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, layihə Bakıxanov qəsəbəsində yaşayan yaşlı, tənha, xəstə və əlilliyi olan şəxslərin sosial hüquqlarının maarifləndirilməsi və onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlmişdir. Layihənin məqsədi Bakıxanov qəsəbəsindəki həssas əhali qruplarının sosial hüquqlarını tanıdmaq, onlara tibbi müayinə və müalicə, hüquqi və sosial yardım göstərməkdir. Bu məqsədlə, iştirakçılara müxtəlif xidmətlər təklif ediləcək və onların hüquqi problemləri üzrə dəstək veriləcəkdir.

Layihə çərçivəsində görüləcək işlərə gəlincə qeyd edək ki, hərəkət etməkdə çətinlik çəkən yaşlı və tənha şəxslərə evdə tibbi müayinə və müalicə təşkil olunacaq, sosial təminat şöbəsi vasitəsilə ehtiyacları qarşılanacaq, könüllü olaraq əlilliyi olan və tənha şəxslər üçün həkim müayinələri təşkil ediləcək, hüquqi problemlərlə üzləşən şəxslərə pulsuz hüquqi yardımlar göstəriləcək. Həmçinin bir peşəkar hüquqşünas və layihə təlimçisi, bu insanların hüquqi və sosial məsələlərində dəstək verəcək, 60 nəfərə sosial hüquqlar haqqında maarifləndirici tədbirlər keçiriləcək, iştirakçılara hüquqlarının qorunması ilə bağlı məlumat veriləcək.

Layihənin gözlənilən nəticələrinə gəlincə qeyd edək ki, 60 nəfər iştirakçı sosial hüquqlarını öyrənəcək və hüquqi yardımdan faydalanacaq, Bakıxanov qəsəbəsindəki yaşlı, tənha və əlilliyi olan şəxslərə hüquqi yardım və sosial dəstək göstəriləcək, bu şəxslərə həkim müayinəsi təşkil olunacaq və onlara qayğı göstəriləcək. Həmçinin ictimaiyyət, dövlət qurumları, iş adamları və donor təşkilatları bu insanların problemlərinə diqqət yetirəcək, layihə çərçivəsində keçirilən tədbirlər, xeyrxah insanların və təşkilatların bir araya gəlməsini təşviq edəcək, həmçinin Kütləvi İnformasiya Vasitələrində məqalələrin dərc olunması ilə problemin ictimailəşməsi təmin ediləcəkdir.
Seçilən
7
3
azadmedia.az

4Mənbələr