
“Rusiya telekanallarının erməni multipleksində yayımının dayandırılması məsələsi ciddi müzakirə olunmalıdır”.
Yeniavaz.com Ermənistan KİV-ə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində Ermənistanda baş verən hadisələrlə bağlı bəzi rusiyalı yayımçıların, ictimai-siyasi xadimlərin bəyanatlarını şərh edərkən deyib.
O, xüsusən, Rusiyanın bəzi televiziya proqramlarının Ermənistan-Rusiya münasibətlərinə xələl gətirdiyini bildirib.
O, gərginlik yaradan, Ermənistan-Rusiya münasibətlərinə mənfi təsir göstərən rusiyalı aparıcıları “degeneratlar” adlandırıb.