Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Hesabat" MMC-dir.
Qalib şirkətə 1,6 min manat ödəniləcək.
Ötən il bu sorğunun qalibi "Azəruçot" MMC olub. Şirkətə 1,7 min manat ödənilib.