AZ

Nəsimi RİH-də Zahid Xəlilov və Ələskər Rüstəmov TANDEMİ: “...sən də bizi gör”, Kazımovski küçəsindəki qanunsuz tiklidə İÇ MARAQ/VİDEO+FOTO

Paytaxtın Nəsimi rayonunda aparılan qanunsuz tikinti səkinin zəbt edilməsinə səbəb olub. Normativ tikinti qaydalarına zidd olaraq binanın zirzəmisi qazılaraq həmin yerdə qanunsuz tikinti işlərinin aparılmasına Nəsimi rayon icra hakimiyyəti gizli anlaşmaya vararaq hadisəyə göz yumaqla kifayətləndiyi bildirilir.

Paytaxt.org məlumat verir ki,  Nəsimi rayonuda növbəti qanunsuz tikinti hadisəsi Mirmahmud Kazımovski küçəsində iki mərtəbəli qanunsuz obyektin tikintisinə  icazə verilməsidir. 

Rayonda qanunsuz tikintilərə “yaşıl işıq” yandıran  dövlət qurumu Nəsimi rayon icra hakimiyyətidir deyən sakinlər rayonda qanunsuz tikintilərin aparılması barədə zaman-zaman şikayətçi olsalarda baxan olmadığını bilirirlər. İlginc məqam budur ki, ən ucqar ərazilərdə - yaşayış məntəqələrində aparılan hər hansı tikinti işindən anında xəbər tutan, hərəkətə keçən müvafiq strukturlar və RİH Nəsimi rayonunda aparılan qanunsuz tikinti işlərinə müdaxilə etmirlər. Çünki, başqa qanunsuz tiklilər kimi Mirmahmud Kazımovski küçəsində iki mərtəbəli qanunsuz obyektin tikintisinə icazə verilməsi də yüksək vəzifəli məmurun himayə etdiyi tikintilərdən biridir. Dəfələrlə aidiyyatı orqanlara müraciət etdiklərini, lakin heç bir qurum ciddi reaksiya vermədiyini və ərazidə olan yaş ağacların kəsildiyini, yaşayış binalarının arasında olan kiçik həyətlər sahibkar tərəfindən zəbt edildiyi də sakinlərin iddialarında deyilir . "Nə şikayətimizə baxan var, nə də sözümüzü dinləyən" deyən skinlər başçısız qalan rayonda kimdən kömək istəyəcəklərini bilədiklərini də bildirir.


Sosial platformada və mətbuatda mütəmadi Nəsimi rayonu ərazisində yaşıl ağacların kəsilməsi və qanunsuz obyektlərin tikintisi ilə bağlı yazılar dərc olunur. Lakin belə məsələlərə aidiyyatı qurumlar heç bir lazimi tədbir görmür. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi məlumat bazasında Nəsimi rayonu M. Kazımovski küçəsində hər hansı bir tikinti barədə rəsmi qeyd və məlumat göstərilməyib. Məsələ ilə bağlı Nəsimi rayon icra hakimiyyəti məsuliyyətdən yaxasını qurtarağa çalışır, həmçinin qanunsuz tikinti ilə bağlı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi də məsələ ilə bağlı açıqlama vermək niyətində olamadığını nümayiş etdirir.

Bildirək ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavinlərindən biri Zahid Xəlilovdur. Bu məmur zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikintiyə nəzarət sahəsini ələ keçirən güclərdən biridir. Xəlilovun bu işdə ən yaxın silahdaşı RİH-nin memarı Ələskər Rüstəmovdur. Əslində onların qeyd olunan müstəvidə işləri, iş görməməkdən, daha doğrusu, qanunsuz tikililəri apran şəxslərə “səni görmüşük, sən də bizi gör” deməkdən və qannszluqlara göz yummaqdan ibarət oldğu deyilir.
Seçilən
16
3
paytaxt.org

2Mənbələr