AZ

“Qızıl Qoza” Film Festivalına müraciətlər başladı

Bu il Adanada 32-ci dəfə təşkil olunacaq Beynəlxalq Adana Qızıl Qoza Film Festivalına müraciətlər başlandı.

Yenisabah.az xəbər verir ki, Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən bu il 22-28 sentyabr tarixlərində keçiriləcək festivala qatılmaq istəyənlər 18 avqusta qədər müraciət edə bilərlər.

Festivalda film nümayişləri ilə yanaşı milli və beynəlxalq proqramlar təşkil olunacaq, sənət aləmindən çoxsaylı qonaqlar qəbul ediləcək. pizza

Qeyd edək ki, namizəd seçilən filmlər sentyabr 1-dən etibarən festivalın rəsmi saytında və sosial media hesablarında elan olunacaq.

Aydan Hacıbalazadə


Telegram kanalımız
Seçilən
88
29
yenisabah.az

10Mənbələr