AZ

Dünyanın ən bahalı mərkəz müdafiəçisinin 18 yaşı var - SİYAHI

BAKI, 1 iyul. TELEQRAF

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) dünyanın ən bahalı mərkəz müdafiəçilərinin reytinqini tərtib edib.

Teleqraf xəbər verir ki, siyahının zirvəsində İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Pau Kubarsí qərarlaşıb.

18 yaşlı müdafiəçi cəmi bir il ərzində debütantdan dünya səviyyəli ulduza çevrilib. İlk “onluq”da ən çox futbolçusu olan klublar isə İngiltərə təmsilçiləridir.

Dünyanın ən bahalı 10 mərkəz müdafiəçisinin siyahısı belədir:

1.Pau Kubarsí (“Barselona”, İspaniya) – 109,6 milyon avro
2.Pyero İnkapye (“Bayer Leverkuzen”, Almaniya) – 88,5 milyon avro
3.Din Höysen (“Real Madrid”, İspaniya) – 85 milyon avro
4.Levi Kolvill (“Çelsi”, İngiltərə) – 83,1 milyon avro
5.Vilyam Saliba (“Arsenal”, İngiltərə) – 79 milyon avro
6.İlya Zabarnı (“Bornmut”, İngiltərə) – 67,1 milyon avro
7.Villian Paço (“Ayntraxt”, Almaniya) – 65,5 milyon avro
8.Alessandro Bastoni (“İnter”, İtaliya) – 63,4 milyon avro
9.Murilyo (“Nottingem Forest”, İngiltərə) – 60,3 milyon avro
10. Qabriel Maqalyaeş (“Arsenal”, İngiltərə) – 59,9 milyon avro.
Seçilən
70
8
teleqraf.com

7Mənbələr